Bakutel-2016-da 4G-nin gücünü Azercell-lə sına!

Bakutel-2016-da 4G-nin gücünü Azercell-lə sına!
SOSİAL
14:03 29.11.2016
1140

 

Öz abunəçilərini sərfəli və sürətli internet xidməti ilə təmin edən Azercell Telekom onların həyat şəraitini bir çox aspektlərdə yaxşılaşdırmaq məqsədilə ən son innovasiyaların tətbiqinə əsaslanan strategiyasını davam etdirir. Yeni simsiz, geniş əhatəyə malik xidmətlər Azercell müştərilərinə yaşadıqları yerdən asılı olmayaraq, internet vasitəsilə öyrənmək, işləmək və əyləncəli vaxt keçirməyə imkan yaradacaq.

 

Bu baxımdan, Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Bakutel 2016 sərgi-konfransında, Azercell məmnuniyyətlə stend ziyarətçilərinə yüksək sürətli Mobil İnternetin gücünü nümayiş etdirir. Buraya müxtəlif ağıllı (smart) cihazlar, o cümlədən məlumatların toplanmasına və mübadiləsinə, mövcud şəbəkə infrastrukturunda obyektlərin uzaqdan idarə edilməsinə, iş mühitində effektivliyin artırılmasına səbəb olan elektron cihazlar, və yaxud proqram təminatı ilə təchiz edilmiş intellektual nəqliyyat sistemi ilə təmsil olunmuş Əşyalarıın İnterneti (Internet of Things) daxildir.

 

Şirkətin geniş stendi üç hissədən ibarətdir və hər bir hissə Mobil Internetin müasir insanın həyatı və asudə vaxtının ayrılmaz hissəsi olduğunu bariz şəkildə nümayiş etdirir.

 

 

Həyat və Təhsil üçün İnternet:

Bu hissədə, biz rekord sürətədək çatan 4G+ cihazını sınaqdan keçirmək üçün ziyarətçiləri Azərcell-in müasir stendinə dəvət edirik.

Burada, həmçinin, ən son texnoloji innovasiyalar və Azercell-in yüksək sürətli internet əsasında təmin etdiyi müxtəlif məhsullar və xidmətlər, məsələn artıq məşhur olan Bookmate əlavəsi, Video streaming (Video axını), eləcə də Əşyaların İnternetinə aid ən son cihazlar və yeniliklər, məsələn, Microsoft HoloLens, Leap Motion, Smart Home (Ağıllı Ev) sisteminin komponentləri kimi nümayiş olunan Smart Traveler Bag (Ağıllı Səyahətçi Çantası), Smart Door Bell (Ağıllı Qapı Zəngi), valideynlər üçün nəzarət cihazı Mother(Ana), həmçinin İnternet əsaslı xidmətlər olan Coursera’s Massive Açıq Onlayn Kursları, Kodak Smart və sair trendlər və məhsullar nümayiş olunur.

Bakutel 2016 sərgisinin açılış günündə Azercell Telekom dünyanın məşhur Music Streaming (musiqi axını) xidməti olan Zvooq əlavəsini rəsmi istifadəyə verir. Xatırladaq ki, bu xidmət ilk dəfə Azercell-in Bakutel 2015 stendində qonaqlar sınaqdan keçirmşdi. Azercell abunəçiləri ayda yalnız 3.5 AZN abunə haqqı ödəməklə, Zvooq əlavəsi üçün eksklüziv təklif qazanır: mobil telefonun balansı vasitəsilə rahat ödəmə imkanı, musiqi yükləmə, oflayn rejimdə istifadə, reklamsız və ötürmə məhdudiyyəti olmadan HQ (yüksək keyfiyyətli) striminq və yükləmə. Zvooq əlavəsi indi Azərbaycanda yalnız Azercell müştəriləri üçün eksklüziv təklif olunur: https://www.azercell.com/az/personal/services/partner_services/zvooq/

 

Peşəkar inkişafla maraqlanan şəxslər eyni zamanda stenddə təklif olunan Azercell Akademiyasının təhsil xidmətləri ilə tanış ola bilərlər. Gənc şirkətlər və sahibkarlar isə Bakutel 2016 sərgisində öz yeni layihələrini təqdim edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyindən yararlana bilər.

Biznes üçün İnternet güşəsində Azercell-in korporativ müştəriləri şirkətin yeni həlləri ilə tanış ola, eləcə də peşəkar agentlərdən məsləhətlər ala bilərlər.

Öz təşkilatı daxilində müasir kommunikasiya vasitəsilə əməkdaşların iş effektivliyini artırılması ilə maraqlanan şirkətlərə isə eksklüziv və müasiri həll yolu təklif olunur., Virtual ATS korporasiyalara düzgün vahid kommunikasiya sisteminin bütün faydalarını təklif edir. Azercell-in texnoloji tərəfdaşı olan Defne şirkətinin yeni Virtual ATS həlli vasitəsilə təklif etdiyi bu xidmət korporativ abunəçilərə bu sahədə fiziki avadanlıqlar quraşdırmadan rabitərdə yeni mərhələdən faydalanmaq imkanı verir.

Azercell-in Virtual ATS xidməti bütün ofis və əməkdaşları bir ümumi şəbəkədə birləşdirir ki, bura həm mobil, həm də stolüstü telefonlar daxildir. Virtual ATS xidməti uzaq olan mobil istifadəçilərin şirkətlə əlaqəsini təmin edir və əlavə xidmətlər təklif etməklə daxili kommunikasiyanın daha səmərəli olmasına nail olur və yüksək keyfiyyətə zəmanət verir.


Əyləncə üçün İnternet: Gənclərin sevimlisi sayılan bu bölmədə Azercell hər kəsə 4G vasitəsilə ən zəngin texnoloji əyləncə proqramlarını- yarışan maşınları, Xbox One və Virtual Reality Set oyunlarını, Selfie Tennis, Asphalt 8 və əlbəttə ki, müxtəlif mükafatlar nəzərdə tutan maraqlı viktorinalar təklif edir.

 

Beləliklə, Azercell ən son innovasiyalar vasitəsilə 4G gücünü sınaqdan keçirmək üçün hamını yeni Bakutel stendinə dəvət edir!

 

2016-cı ildə Bakı və Abşeron yarımadasında 4G şəbəkəsinin 85%-ə qədər gücləndirilməsinə nail olmuş Azercell Telekom, 2017-ci ildən başlayaraq Azərbaycanın bütün bölgələrində 4G şəbəkəsini daha da genişləndirməyi hədəfə almışdır. Azercell həm də keçən il öz mobil internet tariflərində 55 faiz endirim etmiş, İphone 7 və 7+, General Mobile kimi bir sıra sərfəli smartfon kampaniyaları keçirmiş və eksklüziv təkliflərə imza atmışdır. Xatırladaq ki, 2016-cı ilin may ayından başlayaraq, bütün Azercell abunəçiləri 4G xidmətini dəstəkləyən SİM-kartlarını ödənişsiz əldə etmək imkanı qazanmışdır. Nəticədə, Azercell abunəçiləri arasında 2016-cı il üzrə Mobil İnternetdən istifadə həcmi 60% artmışdı. Hazırda Azercell ölkədə ilk və ən geniş LTE (4G) şəbəkəsini təqdim edir.

 

 

Daha ətraflı məlumat üçün [email protected]ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. www.azercell.com

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi