Bal ayına gedən cütlük faciəvi şəkildə öldü - FOTOLAR

MARAQLI
14:18 22.12.2023
1698
Yeni ilə quran cütlük faciəvi şəkildə vəfat edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda evlənən Mutlu və Kader Akbaş bal ayı üçün öncədən rezerv etdikləri otelə yollanıb.
 
Ertəsi gün şəhər turunda iştirak etmək üçün turizm şirkəti ilə əlaqə saxlayan cütlüklə kontakta girmək mümkün olmayıb.
 
Otel işçiləri ilə otağa daxil olan turizm işçiləri cütlüyün cansız bədəni ilə qarşılaşıblar. 

Aparılan araşdırmalardan sonra cütlüyün ölümünə səbəb qaz sızmasının olduğu müəyyənləşib. Bildirilib ki, otelin qazanxanasına yaxın yerləşən 106-cı otağa yerləşən cütlük baca təmizliyi vaxtında aparılmadığı üçün qazsızmanın qurbanı olublar.

Hadisə ilə bağlı otel müdiri həbs olunub.
 
Günel

 

 

 

 


OXŞAR XƏBƏRLƏR