"Bala Kür"də 15 yaşlı oğlan batdı

"Bala Kür"də 15 yaşlı oğlan batdı
SOSİAL
16:47 13.06.2016
1547
Bu gün günorta saatlarında Salyan şəhərində el arasında "Bala Kür" deyilən Akkuşa çayında 15 yaşlı oğlan batıb.
Virtualaz.org saytının məlumatına görə, 2001-ci ildə anadan olmuş Alxas Sadıq oğlu Mirməmmədov çayın qadağan olunmuş təhlükəli və dərin hissəsində çimərkən üzməyi bacarmadığı üçün boğulub.
Hazırda FHN-in dalğıç-xilasediciləri tərəfindən uşağın cəsədinin tapılaraq sudan çıxarılması istiqamətində axtarışlar aparılır.
Hadisə yerinə sakinlərlə yanaşı Salyan RİH-in başçısı Sevindik Hətəmov başda olmaqla yerli dövlət orqanlarının rəhbərləri də gəliblər.
OXŞAR XƏBƏRLƏR