Balakəndə 3 otaqlı ev yandı

İDMAN
11:35 05.04.2013
1210

Balakənin Qazma kəndində yanğın hadisəsi qeydə alınıb.

Fövqaladə Hallar Nazirliyi Balakən Rayon Yanğından Mühafizə Hissəsindənverilən məlumata əsasən, hadisə Qazma kənd sakini İntizar Əzizovaya məxsus ümumi sahəsi 72 kv.m olan üç otaqlı evdə baş verib.Yanğın mənzilin çardaq hissəsində baş verdiyindən hadisədən qonşular xəbər tutub və dərhal yanğınsöndürənlər məlumatlandırılıb.Hadisə yerinə gələn Balakən Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları texnikanın köməyi ilə yanğının qarşısını ala bilib. Nəticədə evin çardaq hissəsinin bir qismi və otaqlardan birinin tavanı yararsız hala düşüb. Yerli sakinlərin və yanğınsöndürənlərin səyi nəticəsində ev əşyaları həyətə daşınıb və yanmasının qarşısı alınıb.Faktla bağlı Fövqəladə Hallar Nazirliyi Balakən Rayon Yanğından Mühafizə Hissəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR