Balakəndə 48 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb

Balakəndə 48 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb
SOSİAL
21:45 23.12.2023
149

Balakəndə 48 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Balakən rayon prokurorluğundan bildirilib.

Dekabrın 23-də saat 13 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman Bayramovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan C.B-nin kəsici-deşici alətlə xəsarət yetirərək atası Qəhrəman Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR