Balakəndə 5 gün əvvəl itkin düşmüş kişinin meyiti tapıldı

Balakəndə 5 gün əvvəl itkin düşmüş kişinin meyiti tapıldı
SOSİAL
10:29 28.03.2018
1833
Balakən rayonunda 5 gün əvvəl itkin düşmüş 70 yaşlı kişinin meyiti tapılıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, rayonun Püştətala kənd sakini, 1948-ci il təvəllüdlü Məhəmməd Səəddin oğlu Osmanov bu il martın 23-də, səhər saat 10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun meyiti bu gün səhər saatlarında yaşadığı evdən bir qədər aralıdakı bağda ağacdan asılmış vəziyyədə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR