Balakəndə abonentlərə 9 elektron tipli ATS xidmət göstərir

Balakəndə abonentlərə 9 elektron tipli ATS xidmət göstərir
10:54 04.02.2013
794

Balakəndə əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətini yaxşılaşdırmaq, rabitə obyektlərində yeni texnologiyaların tətbiqi işini sürətləndirmək məqsədilə yeni layihələr həyata keçirilir.

Balakən Rayon Telekommunikasiya Qovşağından verilən məlumata əsasən, hazırda rayonda abonentlərə 9 elektron tipli ATS xidmət göstərir.Ötən il 16 kilometr məsafəyə birləşdirici optik kabel çəkilib, mərkəzi ATS-in birləşdirici xətləri tam optikləşdirilib. Görülən tədbirlər nəticəsində son bir ildə sürətli internet istifadəçilərinin sayı min abonent artaraq 1340 nəfərə çatıb. Yeni Şərif kənd ATS-də xətt şəbəkəsinin quraşdırılması başa çatıb, Katex-kombinat yaşayış məntəqəsində 128 nömrə tutumlu elektron ATS istifadəyə verilib.Bu il rayonun Qazma kəndindəki 256 nömrə tutumlu elektron ATS-də xətt şəbəkəsinin qurulması və abonentlərin genişzolaqlı internetlə təmin edilməsi, İtitala kəndində genişzolaqlı internetin istifadəyə verilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR