Balakəndə ağır qəza - Qardaşlardan biri həlak oldu, digəri xəstəxanaya yerləşdirildi

SOSİAL
17:43 04.11.2023
354
Balakəndə baş verən ağır yol qəzasında 2 qardaşdan biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayonu Uzuntala kənd sakini 29 yaşlı Şaban Çalabov idarə etdiyi "Mitsubishi" markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb.

Qəza zamanı minik avtomobilində olan sərnişin, sürücünün əmisi, Zaqatala rayonu Uzuntala kənd sakini 58 yaşlı Əli Çalabov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin - sürücünün atası, 55 yaşlı Rəcəb Çalabov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR