İyulun 18-də saat 20 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Oruc Yekəyev idarə etdiyi "Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən 1954-cü il təvəllüdlü piyada Pitimat Eminovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı polis orqanında cinayət işi başlanıb, istintaq aparılır.