Balakəndə faciə: 7 yaşlı qız öldü

SOSİAL
11:29 01.01.2019
8359
Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb.

AZXEBER.COM report-a istinadən bildirir ki, hadisə rayon mərkəzindən Hənifə kəndinə gedən avtomobil yolunda baş verib. 

Rayon sakini, 2011-ci il təvəllüdlü Zümrüd Mais qızı İsakovanı minik avtomobili vurub. 

7 yaşlı Z. İsakova Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR