Balakən sakinindən 110 qram heroin götürülüb.Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Balakən RPŞ-nin əməkdaşları Balakən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib.
Keçirilmiş tədbir nəticəsində Balakən şəhərində qeydiyyatda olan, hazırda rayonun Mahmalar kəndində kirayədə yaşayan, əvvəllər məhkum edilmiş 1968-ci təvəllüdlü Rzayev Fazil Vəli oğlunun yaşadığı evin həyətyanı sahəsində satış məqsədilə gizlətdiyi 109,163 qram ağır narkotik vasitə hesab edilən heroin aşkarlanaraq götürülüb.
F. Rzayev Balakən RPŞ-nin əməkdaşları tərəfindən həbs edilib. Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.//APA