Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik bitkilər becərən və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirib.
AZXEBER.COM xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Balakənin çətin relyefli yüksək dağlıq və meşəlik ərazisində narkotik plantasiyası aşkar olunub.
Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev müəyyən olunaraq saxlanılıblar. Əraziyə baxış keçirilərkən çəkisi 72 kiloqram olan 179 ədəd narkotik tərkibli bitki, eləcə də ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb. Saxlanılanlar çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.