Balakəndə yanğın baş verdi

Balakəndə yanğın baş verdi
DÜNYA
11:01 23.02.2013
1531

Bu gecə Balakəndə baş verən yanğın zamanı vətəndaşa məxsus mal tövləsi və 6 ton quru ot tamamilə yanıb.

AZXEBER.COM-un məlumatına görə, yanğın rayonun Qaysa kəndində Cəriyət Purtiyevaya məxsus ümumi sahəsi 150 kv.m olan mal tövləsində baş verib.Hadisə yerinə Balakən Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Nəticədə tövlənin yanar konstruksiyaları və 6 ton quru ot kütləsi yanaraq külə dönüb. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı ev mühafizə olunub.Fakla bağlı Fövqaladə Hallar Nazirliyi Balakən Rayon Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR