“Balamı gəlin donuna deyil, kəfənə bürüdüm” – Fərəhin anası - FOTO

“Balamı gəlin donuna deyil, kəfənə bürüdüm” – Fərəhin anası - FOTO
SOSİAL
13:44 19.11.2016
2352
"Arzuları ilə bir yerdə getdi Fərəhim....” 

Bunu açıqlamasında 12 yaşlı Fərəf Yaqubovanın 3 mərasimində mərhumun anası Şahnaz Əliyeva deyib. Əlləri hər yerdən üzülən ananı heç nə ovundura bilməyib: 
"Fərəh məni tək qoyub getdi. Bala anasına qarşı necə etibarsız olarmış? 33 şagirdin hamısını qızıma görə çox istəyirdim. Ay Allah, sənə neynəmişdim. Allah heç bir anaya bala dağı göstərməsin. Hər hün Fərəhi dərsə öpüb yola salırdım. Deyirdi "ay ana gəl küçədə görüşək”. Razı olmurdum. Qonşunun uşağı baxırdı, anasız idi, istəmirdim ki, bizi görüb yetimliyini hiss etsin. Bütün zəhmətim heçə getdi. Anan qurban sənə, məni niyə tənha qoydun Fərəh? Arzuları ilə qoşa gedən Fərəhim can. Fərəf mənə elə bir dağ verdi ki...Toyu qiyamətə qalan balam can. Gəlin olmayan Fərəhim lay-lay. Bircə arzum vardı, onu oxudub ağ paltarda gəlin köçürmək. Balamı gəlin donuna deyil, kəfənə bürüdüm”. 



Fərəh Yaqubovanın sinif yoldaşlarının valideynləri də onun niyə belə addım atdığını başa düşmürlər.

Ülviyyə Babayeva: "Biz bu hadisədən şokdayıq. Fərəhgilin sinfində 30 şagird təhsil alır. Çox mehriban sinifdi. Onların sinfi məktəbdə birincidir. Bütün bayramlarda başda olub. Tədbirlərin yaxşı əhval-ruhiyyədə keçirilməsinin səbəbkarı Fərəhin anası Şahnaz xanım olub. Fərəhin ölümü ilə bağlı dəqiq heç nə bilmirik. Ondan-bundan eşitmişik ki, dərman içib. Fərəh əla oxuyurdu. Amma qismət deyilən şey var. Çox heyif ki, belə bir uşağın ömrü yarımçıq qaldı”.

Natavan Hüseynli: "Şahnaz xanımın sayəsində şagirdlər Qubaya səfər edərdilər. Fərəh yaxşı bir həyat tərzi keçirib. Heç nəyə ehtiyacı olmayıb. Anası qoymayıb ki, o, nədənsə korluq çəksin. Onun anası kimi uşağının nazı ilə oynayan olmayıb. Uşaq getdi, ana da şam kimi yandı. Hamı pis olub. Fərəhin bir xalasının qızı vardı. 2-ci sinifdə oxuyanda xərçəng xəstəliyindən ölüb. O gündən illər keçib, amma Fərəh hələ də onun fikrini edirdi. Onunla bir yerdə yaşayıb, bacı kimi olublar. Onun ölümü şagirdləri də sarsıdıb. Onlar üçün çətin olacaq”.

Sevda Quliyeva: "Fərəh qəşəng və nazlı qız idi. Azca da forsu vardı. Həyata baxışı hamıdan seçilirdi. Anası həmişə ona seçilən ad günü keçirərdi. Bütün ad günləri bir yerdə restoranlarda qeyd edərdik. Sonuncu ad gününü oktyabrda qeyd elədi. Nədənsə ora getməmişdim. Yamanca incimişdi. Valideynlərin hamısı onu çox istəyirdi. Çoxlu şəkil çəkdirərdi”.

12 yaşlı Fərəh Yaqubova Badamdard qəsəbəsindəki evində nənəsinin qan təzyiqini aşağı salan dərmanlarını içdikdən sonra dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalar davam edir.

///AzNews.az

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
22:08 09.03.2026
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
21:52 09.03.2026
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
21:46 09.03.2026
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
21:25 09.03.2026
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
21:17 09.03.2026
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
İyirminci günün duası - İmsak və iftar vaxtı
21:14 09.03.2026
İyirminci günün duası - İmsak və iftar vaxtı
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
20:52 09.03.2026
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
20:40 09.03.2026
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
20:27 09.03.2026
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
20:21 09.03.2026
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
20:19 09.03.2026
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
20:05 09.03.2026
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
20:03 09.03.2026
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
19:49 09.03.2026
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
19:46 09.03.2026
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub
19:45 09.03.2026
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub