Baldızları 32 yaşlı gəlini döydülər

Baldızları 32 yaşlı gəlini döydülər
SOSİAL
10:04 20.12.2018
2605
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, hadisə Sabirabad kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1986-cı il təvəllüdlü Şabanova Qəşəng Asobəli qızı döyülüb. Qadına xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Məlumata görə, qadını baldızları döyüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəkidə də 40 yaşlı qadın baldızları tərəfindən döyülüb.
OXŞAR XƏBƏRLƏR