Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi

Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi
SOSİAL
23:32 11.11.2022
141
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
OXŞAR XƏBƏRLƏR