Bağlı qapılar arxasında köməksiz qaldı, xərçəng, leykoz, infarkt – 2018-də kimləri itirdik?

Bağlı qapılar arxasında köməksiz qaldı, xərçəng, leykoz, infarkt – 2018-də kimləri itirdik?
SOSİAL
18:13 30.11.2018
13331
2019-cu ildən bizi bir ay – dekabr ayı ayırır. Yola saldığımız il bir çox əlamətdar hadisələrlə yanaşı ölkənin onlarla məşhur adamının dünyasını dəyişməsi ilə tarixə qovuşur.

AZXEBER.COM 2018-ci ildə dünyasını dəyişmiş azərbaycanlı məşhurlarla bağlı araşdırma aparıb.

Azərbaycan teatr və kino aktrisası, xalq artisti, Zərnigar Ağakişiyeva bu ilin fevral ayının 8-də 72 yaşında vəfat edib. Məşhur aktrisa ürək çatışmazlığından dünyasını dəyişib və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mənzilində bağlı qapı arxasında köməksiz vəziyətdə aktrisanın cəsədini müəyyən ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu il fevral ayının 18-də 80 yaşında vəfat edib. Onun ölümünə səbəb xərçəng xəstəliyi olub. 

Azərbaycanlı bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Tahir Əkbər bu il mart ayının 2-də 72 yaşında vəfat edib. Onun ölümünə insult xəstəliyi səbəb olub.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bu ilin aprel ayının 30-da 70 yaşında vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.

Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Fuad Poladov bu il may ayının 4-də 69 yaşında vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.

Tanınmış jurnalist, "Exo" qazetinin baş redaktoru Rauf Talışinski bu il may ayının 8-də 61 yaşında vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalov bu il iyun ayının 23-də 68 yaşında vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.

Tanınmış bəstəkar, xalq artisti, "Şöhrət” ordeni mükafatçısı Xəyyam Mirzəzadə bu ilin iyul ayının 31-də 82 yaşında vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.

Tanınmış rep ifaçısı, aktyor Anar Nağılbaz bu il avqust ayının 4-də 44 yaşında vəfat edib. Onun ölümünə səbəb anidən başlayan ağır qanaxma olub.

Tanınmış yazıçı və jurnalist, Prezident təqaüdçüsü Nigar İsmayılqızı bu ilin senntyabr ayının 14-də 34 yaşında vəfat edib. Onun ölümünə leykoz (qan xərçəngi) xəstəliyi səbəb olub.

 "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov bu ilin sentyabr ayının 16-da 82 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub.

Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor Qara Mustafayev bu il oktyabr ayının 8-də 86 yaşında vəfat edib. Son dövrlər yaşla əlaqədar olaraq səhhətində problemlər yarandığı deyilirdi.

Azərbaycanın xalq artisti, məşhur teatr və kino aktrisası, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru Amaliya Pənahova bu ilin noyabr ayının 8-də vəfat edib. Ölüm səbəbi xərçəng xəstəliyi olub.

// Azər Niftiyev, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı