Balıkesirdə güclü zəlzələ – dağıntılar altında qalanlar var

Balıkesirdə güclü zəlzələ – dağıntılar altında qalanlar var
DÜNYA
23:24 10.08.2025
217
Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Nəticədə bir yaşayış binası uçub. İlkin məlumata görə, dağıntılar altından iki nəfər xilas edilib, daha iki nəfərin çıxarılması istiqamətində əməliyyatlar davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya "X” sosial şəbəkəsində açıqlama verib. Onun sözlərinə görə, hazırda jandarm qüvvələri və xilasedicilər hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər. Nazir bir qədər əvvəl də həmin binanın altından bir nəfərin sağ çıxarıldığını bildirmişdi.

Rəsmi məlumatlara əsasən, yeraltı təkanların ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuat isə xəbər verir ki, Manisa şəhərində də ardıcıl olaraq 4,6 və 4,3 maqnitudalı iki zəlzələ qeydə alınıb
OXŞAR XƏBƏRLƏR