Balinaların mahnı oxuduğunu kəşf edən alim öldü

Balinaların mahnı oxuduğunu kəşf edən alim öldü
DÜNYA
15:25 16.06.2023
247
Nəhəng balinaların oxuduğunu elmi şəkildə sübut edən məşhur alim Rocer Peyn 88 yaşında vəfat edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, balinalarla bağlı araşdırmalarına görə tanınan məşhur bioloq və ekoloq Peyn Vermontdakı evində dünyasını dəyişib.

1935-ci ildə Nyu-Yorkda anadan olan Peyn donqar balinalar üzrə ixtisaslaşıb və bioakustika və bu məməlilərin çıxardığı səslərin öyrənilməsi sahəsində qabaqcıl olub.
 
Onun bioakustika sahəsində araşdırmaları 1967-ci ilə, o, Kanadanın Fundi körfəzində donqar balinaların mahnılarını yazmağa başladığı vaxta təsadüf edir. Bu qeydlər balinaların ritmik nümunələri təkrarladığı mürəkkəb musiqi quruluşunu göstərirdi.

O, balina mahnılarını uzun müddət təkrarlanan mövzuları olan həvəsli, fasiləsiz çay səsləri kimi təsvir edib. Hər mahnı təxminən 30 dəqiqə davam edir və eyni vaxtda bir qrup erkək balinalar tərəfindən oxunur. 

Payne okeanda balinaların yüksək və aşağı tezlikli səslərinin eşidildiyini ortaya qoyub.

Müvəffəqiyyətli alim eyni zamanda üzgəcli balinaların və mavi balinaların bütün okeanlarda səslə ünsiyyət qura biləcəyini də irəli sürüb. Bu nəzəriyyə sonradan təsdiqlənib.
 
Qeyd edək ki, Paynenin balinaların mahnılarını qeyd etdiyi Songs of Humpback Whale albomu da kommersiya olaraq buraxılıb və bütün zamanların ən çox satılan təbiət musiqisi olaraq tarixə düşüb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR