Balıq kimi soyuqqanlı…

Balıq kimi soyuqqanlı…
SİYASƏT
17:01 25.07.2019
4333
 Jalə Mütəllimova
 
Hərdən baxıram ki, belə adamları yerinə otuzdurmaq lazımdır. Sonra deyirəm, yox qızım, sənin bu adamlara bəlkə də fiziki və mənəvi gücün çatar. Amma çərhayalıqları səni dizi üstə oturdar. Sonra baxırsan elə mövzulara toxunurlar, deyirsən lap çərhəyanın nə boydası olur olsun, bunun sözünün qarşısına bir söz deməyin şərtdir. Noolsun ki, adamın efirdə ayaqqabı çıxarıb camaata göstərmək, kiminsə "qulağından yapışıb” video görüntüdə üzr istətmək kimi "özəllikləri”, huyu var. El arasında "Balıq Hafiz” kimi tanınan, Hafiz Hacıyevi deyirəm…
 
Hansı siyasi kursa, hansı əqidəyə, amala qulluq elədiyi illərdir bəlli olmayan, prezidentliyə namizədlər sırasında zamanla gördüyümüz, indi də parlamentin (iraq və uzaq olsun) üzvlüyünə iddialı olan Hafiz Hacıyevi. Guya canı yanır, guya vətən sevgisi var, guya tələbkardır. Adam söz tapmır desin. Abrına qısıla-qısıla deyirsən ki, əslində heç zad deyilsiniz, Hacıyev. O üzdən Azərbaycan-Gürcüstan münasibətlərinə də girməyin… Məlumdur.
 
Azərbaycan-Gürcüstan sərhədində insident yaşandı. Əsgərə olunan hörmətsizlikdən dolayı, insanlarda narahatlıq yaranmışdı. Əslinə başa düşüləndir insanların bu saf əsgər, vətən, sərhəd sevgisi. Sevinirsən və anlayırsan ki, ən dar anda bir azərbaycanlı belə vətənini, dövlətini kimsəyə verməz. Qoruyar, sahiblənər. Amma iç güvələrimiz olmasa, bu həm də dövlət-vətəndaş yaxınlaşmasını daha da dərinləşdirən məqamlardan biridir. İç güvələrin bir qısminə zamanı gəldikcə yola salınan məmurlar təşkil eləyir. Böyük bir qismi isə kənardadır. Məsələn ,biri Hafiz Hacıyev. Adam baş verən hadisədən yana vətəndaşı dövlətə qarşı qaldırmaq məqsədini qoyub qarşısına. Onun məqsədi, məramı bəlli. Prosesin haralardan idarə edildiyi də bəlli. Yəni mənzərə tam aydındır. Ümumi və şəxsi mənfəətləri üçün kimə desən hücum edər bu kateqoriya adamlar.
 
Ona da "Eyvallah”, eləsinlər… Amma hədəf Azərbaycan sərhədçisi, əsgəri, zabitidirsə, onda durun bir zəhmət, Hafiz Haciyev. Bu sizin tanıdığınız hər cür balıq növünə bənzəməyən hadisədir. Bu mövzuda onsuz da yatmış vulkana bənzəyən Azərbaycan vətəndaşlarını, qızışdırmaq olmaz. Yaxşı bilirsiniz ki, dövlət bu məsələdə, dostlardan biri demiş, gerçəkdən "fil” səbri nümayiş etdirdi. Keşikçi dağ kompleksi ətrafındakı hadisələr zamanı prosesin gedişində bir adamın burnunu qanamağa qoymadı. Eyni zamanda Azərbaycan sərhədində lazımi möhkəmlənmə işlərini də gördü. Qarşı tərəfi həm siyasi, həm diplomatik dillə yerinə oturtdu. Hətta Gürcüstanın yerli hakimiyyətinin də başına bəla olan keşiş qiyafəli güruhun, dağ gürcülərinin və onları qızışdıran üçüncü qüvvələrin üstünə isə ümumiyyətlər getməyi lazım bilmədilər indilik.
 
Onsuz da ermənilər danışıqlar masasına oturmamaq üçün bacardıqları qədər çərhayalıq eləyirlər. Növbəti bəhanə hələlik lazım deyil. Bunun əksini eləmək olmazdı. Siz də bu olmazı bilməmiş adam deyilsiniz. Bilə-bilə edirsənsə dövlətə xəyanət, insanlara münasibətdə cinayətdir və fərdi maraqlarını güdmək göstəricisidir. Məsələn, bir-iki general, ya da sizə lazım olan məmur sizi görüşə dəvət etsin deyə edilən cəhddir… Sizi tanımayan az yazar və adam var bu ölkədə, Hafiz müəllim. Siz siz olun fərdi maraqlarınz təmin olunsun deyə insanlardan "pilləkən” düzəltməyin özünüz üçün… Ya da buyurun qızışdırın. Söydürün, dağıtmağa dəstək olun bu ölkəni. Fərdi nifrətinizi, kininizi dövlətə yönəldin.
 
Kimlərləsə bağladığınız ziyanvericilik "müqaviləsinin” əsas mahiyyəti də bundan ibarət deyilmi?! O üzdən sizdən umulacaq nəsə yoxdur. Yəni adınıza, əstəğfürullah, ləqəbinizə uyğun davranırsınız. Balıq qədər soyuqqanlı olun bundan sonra da. Namınıza yaraşan bu zatən, balıq olmağa davam eləmək. Nəyinizə lazımdır ey, sizin bir qom çırpınız ha, yanmayacaq Azərbaycan dağılanda?!..


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
23:10 13.10.2026
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
23:02 13.10.2026
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
22:51 13.10.2026
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
22:48 13.10.2026
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  - Yenilənib
22:40 13.10.2026
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib
Bu ərazilərdə işıq olmayacaq
22:39 13.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
22:30 13.10.2026
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
22:23 13.10.2026
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
22:16 13.10.2026
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
Vitali Kliçko vəzifəsindən qovula bilər
22:07 13.10.2026
Vitali Kliçko vəzifəsindən qovula bilər
Paytaxtın bu yolları bağlı olacaq
21:56 13.10.2026
Paytaxtın bu yolları bağlı olacaq
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
21:49 13.10.2026
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb