Balıq tutarkən boğulub öldü

SOSİAL
09:32 16.01.2025
180
İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, İmişli şəhər sakini 1967-ci il təvəllüdlü Süleymanov Rizvan İmran oğlu dünən saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində torla balıq tutarkən ehtiyatsızlıqdan suda boğularaq ölüb.

Onun meyiti saat 19 radələrində qardaşı oğlu İkram Süleymanov tərəfindən aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR