Balıq tutmağa gedən 6 yaşlı uşaq yoxa çıxdı

Balıq tutmağa gedən 6 yaşlı uşaq yoxa çıxdı
DÜNYA
09:27 21.06.2024
147
Ağdaş rayonunda azyaşlı itkin düşüb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib.
 
Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.

Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.

Müraciətlə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR