Balotelliyə cinayət işi açıldı

Balotelliyə cinayət işi açıldı
İDMAN
17:52 09.07.2019
5809
Son mövsümü "Marsel"də keçirən Mario Balotelli ilə bağlı İtaliyada cinayət işi açılıb.

AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, Neapolda tətildə olan Balotelli, keçən həftə "motosikletlə dənizə girə bilərsən?" deyərək, dostu ilə 2 min avro müqabilində mərcə girmişdi. Dostunun motosikletlə dənizə girməsindən sonra mərci uduzan 28 yaşlı futbolçu, 2 min avro ödəmişdi.

Məsələylə bağlı araşdırma başladan Neapol polisi, Balotelli, dostu və digər iki nəfər haqqında ictimai ərazidə mühitə zərər vermək, dənizi çirkləndirmək və qumar oynamağa təşviq etməklə bağlı cinayət işi başladıb.
OXŞAR XƏBƏRLƏR