"Balta ilə bir dəfə vurdum, öldü"- Həbsxanada tanış olan dostların qanlı davası

"Balta ilə bir dəfə vurdum, öldü"- Həbsxanada tanış olan dostların qanlı davası
SOSİAL
15:41 08.06.2017
917
Tanışını öldürməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hadisə ötən il fevralın 7-də Corat qəsəbəsində vaş verib.

Rüfət Quliyev yaşadığı evin yaxınlığında tanışı, 34 yaşlı Ramiz Hətəmov və onunla birlikdə olan tanışları ilə qarşılaşıb. Rüfət Quliyevlə tanışı Ramiz Hətəmovun arasında mübahisə yaranıb.

Mübahisə zamanı onlar bir-birinin ünvanına söyüş söyüblər. Tərəflər sakitləşdirildikdən sonra hadisə yerindən uzaqlaşıblar.

Bur gün sonra səhər saat 09-da sərxoş vəziyyətdə Rüfət Quliyevin evinə gələn Ramiz Hətəmov bir gün əvvəlki söyüşə görə tanışına öz iradını bildirib. Köhnə tanışlar arasında yenidən mübahisə yaranıb.

Bu dəfə də Ramiz Hətəmov Rüfət Quliyevin ünvanına təhqiredici ifadələr işlədib. Təhqiredici söyüşlərə dözməyən Rüfət Quliyev baltaya əl atıb.

O, balta ilə tanışı Ramiz Hətəmovun başına zərbələr endirib. Aldığı zərbələrdən Ramiz Hətəmov hadisə yerində ölüb. Cinayəti törədən Rüfət Quliyev polisə təslim olub.

Araşdırmalar zamanı məlum olub ki, hər iki təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayıblar.

Hətta onlar 3 saylı cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkiblər. Tanışlıqları da həvsxanada başlayıb.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və əməlini etiraf edib.

R.Quliyev qətli söyüş üstündə törətdiyini etiraf edib: "Səhər evimə gəldi. Heç bir səbəb olmadan məni söydü. Məndə balta ilə onun başından bir zərbə vurdum, öldü. Əməlimdən peşmanam".

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış anası Cəmilə Əhmədova ifadə verib.

O bildirib ki, baş verən hadisənin şahidi olmayıb: "Oğlum bu şəxsi boş yerə söyməyib. Oğlumun qatilinə ən ağır cəzanın verilməsini istəyirəm. Bunu siz hakimlərdən bir oğlu öldürülən ana kimi xahiş edirəm".

Cəmilə Əhmədova ifadəsində oğlunun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum olunduğunu bildirib. O, oğlunun xəstə və narkotik aludəçisi olduğunu deyib.

Mərhumun bacısı Sədaqət Hətəmova bildirib ki, qardaşının qətlə yetirilməsini müstəntiqdən eşidib.

O, qardaşının təqsirləndirilən şəxslə eyni cəzaçəkmə müəssisəsində cəza çəkməsini, həbsdən azad olunandan sonra dostluq etmələrindən xəbərsiz olduğunu deyib.

Şahid qismində ifadə verən Rafiq Həşimov bildirib ki, təqsirləndirilən şəxs həm qonşusu, həm də əmisinəvəsi olub.

O bildirib ki, təqsirləndirilən şəxslə oğlu tanış olublar: "Rüfət oğlumla yaşıddır, həm də oğlum kimidir. Hadisə baş verən gün evdə idim. Səs-küyə bayıra çıxdım. Bu zaman adam öldürüldüyünü gördüm. Onların mübahisəsinin, qətlin törədilməsinin şahidi olmamışam".

Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin qardaşı Abbasqulu Quliyev bildirib ki, hadisə baş verən gün qardaşı ona zəng edib və qətl hadisəsi törətdiyini deyib: "Qardaşım polisə təslim olmaq üçün polis idarəsinə getdiyini dedim. Ona bildirdim ki, gözlə, gəlim səni polisə aparım. Qardaşım ehtiyac olmadığını, özünün polisə getdiyini söylədi. Sonra işdən icazə aldım və evə gəldim. Bu vaxt polislər qardaşımı qolu qandallı evə gətirdiklərini, hadisə yerində araşdırma apardıqlarını gördüm".

Məhkəmənin növbəti iclası iyunun 13-də davam edəcək.

Qeyd edək ki, Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:22 23.06.2026
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi - FOTOLAR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
15:17 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Rusiyalı aparıcı Bakıda - VİDEO
15:06 23.06.2026
Rusiyalı aparıcı Bakıda - VİDEO
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
15:06 23.06.2026
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
15:02 23.06.2026
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
14:59 23.06.2026
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır