Baltalayıb öldürdülər və kənddə basdırdılar - Xaçmazda cinayətin üstü açıldı

Baltalayıb öldürdülər və kənddə basdırdılar - Xaçmazda cinayətin üstü açıldı
SOSİAL
15:26 11.06.2018
6574
Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Həmin şəxsin 1967-ci il təvəllüdlü Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrlə meyiti tapılan şəxsin 15 gün əvvəl öldürüldüyü məlum olub. Onun başına balta ilə vurularaq, öldürüldüyü bildirilir.  

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR