“Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

“Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO
SOSİAL
15:42 05.07.2021
5499
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən istixanalarda külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatları daxil olub. Dərhal qeyd edilən ərazi nəzarətə götürülüb.

Baş İdarənin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin bağ sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zülfüqar Heybətov, Əlihüseyn Mahmudov və Nofəl Abdıyev saxlanılıblar. Zülfüqar Heybətova məxsus bağ sahəsinin həyətindəki istixanalara baxış zamanı onun adları çəkilən digər şəxslərlə birlikdə əkdiyi ümumi çəkisi 11 ton 127 kiloqram olan 7 380 ədəd çətənə kolu aşkar edilib. Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq həmin bağ sahəsinin yardımçı otaqlarından əlavə 38 kiloqram marixuana, iki ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 17 ədəd patron aşkar olunub. Bu şəxslər ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.

Həmçinin baş idarə əməkdaşları tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində vətəndaş Hafiz Daşdəmirovun da həyətində istixanalarda çətənə kollarını kultivasiya etdiyi barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı ünvanda keçirilən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Hafiz Daşdəmirovun həyətindəki istixanalara baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 4 573 kiloqram çəkidə 4 676 ədəd çətənə kolu, 93 kiloqram çətənə bitkilərinin hissələri və 33 kiloqram marixuana aşkar edilib. Bu şəxs də ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Qeyd edək ki, keçirilmiş sonuncu əməliyyatlar zamanı baş idarə tərəfindən ümumilikdə 15 700 kiloqram çəkidə 12 056 ədəd çətənə kolu, eləcə də 164 kiloqram marixuana və çətənə bitkisinin hissələri qanunsuz dövriyyədən çıxarılıb.

Aşkar olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
21:52 18.06.2026
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
21:45 18.06.2026
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib