Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"

Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"
İDMAN
20:55 15.09.2022
465
"Neftçi"nin əfsanəvi futbolçusu Anatoli Benişevskinin həyat yoldaşı İnna Banişevskaya onunla bağlı xatirələrini bölüşüb.

"Report"un məlumatına görə, veteran hücumçu ilə 1960-cı illərin sonlarında bacısı vasitəsilə tanış olduğunu xatırladan İ.Banişevskaya əvvəlcə ondan xoşu gəlmədiyini etiraf edib.

Xanımı A.Banişevski ilə 1966-cı ilin dekabrında ailə həyatı qurduğunu bildirib: "Mədəniyyət Sarayında keçirilən toyda iki yüzə yaxın adam var idi. İnsanlar məclisdə iştirak etmək üçün saxta dəvətnamələr hazırlamışdılar. O, artıq məşhur idi. Toya təkcə futbolçular və qohumlar deyil, SSRİ-nin tanınmış mədəniyyət xadimləri, həmçinin, Polad Bülbüloğlu da qatılmışdı. O, bir çox "Neftçi” futbolçusu ilə dost olduğundan və komandaya azarkeşlik etdiyindən dəvəti məmnuniyyətlə qəbul etmişdi".

İ.Banişevskayanın sözlərinə görə, toyun əsas məqamı Böyük Britaniya kraliçası II Elizabetin A.Banişevskini təbrik etməsi olub: "Federasiya rəsmilərindən biri teleqramı açıb oxudu. Harold Vilson (Böyük Britaniyanın o vaxtkı baş naziri) kraliça adından Anatolini təbrik etmişdi. Kraliça onunla dünya çempionatında tanış olmuşdu".

Qeyd edək ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Anatoli Banişevski "Neftçi"nin heyətində (1964 - 1973, 1975 - 1978) SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə "Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) "Neftçi”ni mərhum forvardı "Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra "Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin "Avtomobilçi” klubunda (1984 - 1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl "Şöhrət" ordeni ilə təltif olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR