“Bank BTB”in yeni Azadlıq filialı fəaliyyətə başlayıb - VİDEO

“Bank BTB”in yeni Azadlıq filialı fəaliyyətə başlayıb - VİDEO
İQTİSADİYYAT
15:47 08.05.2020
1393
"Bank BTB” yeni - Azadlıq filialının açılışını qeyd edib. Şəhərin mərkəzində - Bakıxanov küçəsi, Azadlıq prospekti 128 P ünvanında fəaliyyətə başlayan filialın açılmasında məqsəd müştərilərin bankın xidmət və məhsullarına əlçatanlığını təmin etməkdir. Qeyd edək ki, filial müasir standartlara cavab verən avadanlıqlarla və yeni interyer dizaynla təchiz olunub, yüksək xidmətin göstərilməsi üçün uyğun şərait yaradılıb.

Burada müştərilərə kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların satışı, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətləri göstəriləcək. Həmçinin, AKİA və SİF hesabına biznes kreditləri, eləcə də, MİDA xətti ilə güzəştli ipoteka kreditlərinin verilməsi də nəzərdə tutulub.

Filialın açılış tədbirində işçilərin və müştərilərin sağlamlığının qorunması məqsədi ilə Koronavirus (COVID-19) infeksiyasına qarşı bütün profilaktik tədbirlər nəzərə alınmışdır. Belə ki, virusun yayılma ehtimalını nəzərə alaraq, açılış mərasimi həmişəki tədbirlərdən fərqli formatda keçirilmişdir. Həmçinin, işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla (spirt tərkibli məhlul) təmin olunmuş, eləcə də, müraciət edən müştərilərin qəbulu ara məsafənin saxlanılması ilə həyata keçirilmişdir. Tətbiq olunan bir sıra sosial izolyasiya tədbirləri virusun ölkədə yayılma ehtimalının qarşısını almağa xidmət edir.

Karantin qaydalarına riayət etmək məqsədilə filialın açılışına məsafədən qoşulan Bank BTB-nin İdarə Heyəti Sədrinin birinci müavini Rüfət Abbasov əməkdaşları təbrik edərək bildirib: "Yeni filialda biznesin bütün istiqamətləri üzrə sahibkarlıq subyektlərinə dəstək olunacaq, əhaliyə müasir bank məhsulları sərfəli şərtlərlə təqdim ediləcəkdir. Məqsədimiz müştərilərin maliyyə ehtiyaclarını müasir tələblərə uyğun yüksək səviyyədə qarşılamaqdır”.

Azadlıq filialı həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimi müştərilərin xidmətində olacaq.

Məlumata görə, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Xatırladaq ki, bankın hər hansı məhsul, xidmət və kampaniyaları ilə bağlı sualı olan müştərilər genişlənən xidmət şəbəkəsi ilə yanaşı Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
17:13 03.07.2025
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
17:12 03.07.2025
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
Yasamalda yaşayış binasında yanğın
16:59 03.07.2025
Yasamalda yaşayış binasında yanğın
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
16:47 03.07.2025
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
16:39 03.07.2025
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb