Bank hesabından oğurluq edən şəxs saxlanıldı

KRİMİNAL
18:47 20.11.2018
8007
Vətəndaşın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Həsənov bankomat kartının oğurlandığını və hesabındakı 790 manatın çıxarıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Piral kənd sakini Nəbi Butayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR