"Bank of Azerbaijan"ın 8 filialı bağlandı

İQTİSADİYYAT
17:46 17.02.2015
1971
Azərbaycanın bank sektorunda yaşadığı problemlərlə gündəmdə olan “Bank of Azerbaijan” filiallarının sayını 2-3 dəfə azaldıb.Bu barədə fins.az-a bankdan bildirilib.14 filialdan 6-sı qalıbMəlumata görə, bankın paytaxtdakı 7 filialından 3-cü bağlanıb və digər 4 filiala birləşdirilib. Bakıda fəaliyyətdə olan filiallardan biri də Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki filialdır ki, ona da Sumqayıt filialı birləşdirilib.Bundan başqa, “Bank of Azerbaycan”ın regionlardakı 5 filialından 2-si də fəaliyyətini dayandırıb: “Naxçıvan, Quba və Zərdab filialları işləmir. Sonuncunu Ucar filialına birləşdirmişik, bir də Gəncədə filial saxlamışıq”.Bütün əməliyyatları dayandırılıbQeyd edək ki, “Bank of Azerbaijan”1 ildən artıqdır ki, bütün bank əməliyyatlarını dayandırıb. Hazırda bankda yalnız indiyədək verilmiş kreditlərə görə ödənişlər qəbul edilir.Əmanətlər hissə-hissə qaytarılır“Bank of Azerbaijan”ın üzləşdiyi problemlər ən çox bankda əmanəti olanları narahat edir. Hətta bankda pulu olanlar bir neçə dəfə aksiya keçirib və Mərkəzi Banka şikayət də ediblər. İndi isə bankdan bildiriblər ki, əmanətlərin hissə hissə qaytarılmasına başlanıb. Amma bu proses sabit deyil: "Kassada pul yığıldıqca əmanətçilərin pulunu hissə-hissə qaytarırır” – deyə bankdan bildirilib."Martın 1-dən sonra işlər düzələcək"

OXŞAR XƏBƏRLƏR