Bank of Baku-da depozit faizləri dəqiq oldu: 12 və 18 ay üzrə illik 12%

İQTİSADİYYAT
17:21 26.11.2024
273

Ölkənin seçilən banklarından olan Bank of Baku depozit məhsulunun faiz dərəcələrinə müştərilərə daha gəlirli olacaq şəkildə dəyişiklik edib.

AZXEBER.COM xəbər verir ki, Bank of Baku AZN valyutalı "Dinamik əmanət” məhsulu üzrə yeni yerləşdirilən və prolonqasiya edilən əmanətlərin faiz dərəcələrini yüksəldib. Belə ki, 6 – 18 aylıq müddətlər üzrə yerləşdirilən əmanətlərin faiz dərəcələri 12%-dək artırılıb. Hazırda faiz dərəcələri

 

 6 – 11 ay üzrə 10%

 12 və 18 ay üzrə isə 12% təşkil edir.

Qeyd edək ki, yuxarıda qeyd olunan faiz dərəcələri əmanət gəlirinin həm aylıq, həm də müddətin sonunda ödənildiyi hallar üçün keçərlidir.

 

Məlumat üçün bildirək ki, Bank of Baku-da AZN valyutasında yerləşdirilən yeni əmanətlərdə, eləcə də prolonqasiya edilən əmanətlərdə artım etmək mümkündür. Müddəti 12 aydan çox olmayan əmanətlərdə əmanət məbləği əmanət müddətinin yarısınadək istənilən məbləğdə artırıla bilər.

 

Prolonqasiya olunduğu halda isə prolonqasiya müddətinin yarısınadək istənilən məbləğdə artım etmək olar. Müddəti 12 aydan çox olan əmanətlərdə isə müəyyən şərtlər daxilində əmanətin artırılması mümkündür. Ətraflı: www.bankofbaku.com/az/emanetler/dinamik-emanet)

 

Məlumat üçün bildirək ki, "Bank of Baku”da yerləşdirilən 100.000 AZN-dək bütün AZN valyutalı əmanətlər müddətindən asılı olmayaraq sığortalıdır.

 

Eyni zamanda, "Bank of Baku”ya 18 ayadək müddətə yerləşdirilən 24.000 AZN-ə qədər əmanətlərin, eləcə də 18 aydan daha çox müddətə yerləşdirilən istənilən məbləğdə əmanətlərin aylıq faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

 

Bankın digər məhsul və kampaniyaları haqqında 145 Məlumat Mərkəzi, Bank of Baku-nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsi – www.facebook.com/bankofbaku vasitəsilə ətraflı məlumat ala bilərsiniz.

 

 

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb