Bank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildi

İQTİSADİYYAT
16:44 30.10.2024
246
Korporativ sosial məsuliyyət layihələrində "Təbiətə Yaxın Bankçılıq” şüarını da əsas tutan Bank of Baku ətraf mühitin, təbiətin qorunmasına istiqamətlənmiş layihələrini davam etdirir.

30 oktyabr tarixində Bank of Baku-nun təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. 

"Yaşıl dünya naminə əl-ələ verək” mesajını vurğulayan ağacəkmə aksiyasında Bank of Baku-nun rəhbərliyi və əməkdaşları iştirak edib.

COP29 ərəfəsində keçirilən aksiyanın əsas məqsədi "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq, ölkəmizdə ərazilərin yaşıllaşdırılmasına töhfə vermək, həmçinin dünyada ekologiya ilə bağlı baş verən proseslərə diqqət çəkmək və yaşıllıqların əhəmiyyətini xatırlatmaqdır.

Ekoloji aksiyada Bakı-Abşeron ərazisinin torpaq-iqlim şəraitinə rahat uyğunlaşması ilə seçilən 300-dən çox Eldar şamı və Zeytun ağacları əkilib.

Qeyd edək ki, bundan əvvəl Bank of Baku Xəzərin Bilgəh sahilində 500 kq-dan çox plastik və digər məişət tullantıları toplanmasını həyata keçirmişdi.

Bank of Baku-nun "Təbiətə Yaxın Bankçılıq” şüarı altında istər bank daxilində, istərsə də ictimaiyyətə yönəlik dünyanın qorunmasına, təbiətin mühafizəsinə, təbii resurslardan qənaətli istifadəyə səsləyən maarifləndirmə işləri və tədbirləri davam edir.

Məlumat üçün bildirək ki, 30 ildir fəaliyyət göstərən "Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir