Bank Respublika “Bakı KOB evi”ndə sahibkarlara daha yaxın olacaq

İQTİSADİYYAT
11:29 17.01.2023
292
Bu il fəaliyyətinin 5-ci ildönümünü qeyd edən, ölkəmizdə sahibkarlığın fəaliyyətinin dəstəklənməsində, dövlət və özəl qurumların bu sahədə xidmətlərinin əlaqələndirilməsində və KOB-ların inkişafı istiqamətində mühüm işlər görən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və fəaliyyətinin prioritet istiqaməti real sektorun maliyyələşdirilməsi olan Bank Respublika arasında olan əməkdaşlıq çərçivəsində növbəti addım atılmışdır.

AZXEBER.COM xəbər verir ki, Bank, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış yeni "Bakı KOB evi”ndə özünün növbəti filialını istifadəyə verdi.

Sahibkarların həm dövlət həm də özəl sektorda fəaliyyət göstərən qurumların xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunduğu 29 dövlət və 20 özəl qurumun təmsil olunduğu "Bakı KOB evi”ndə özünün 31-ci filialını açmaqla Bank Respublika da sahibkarlara geniş spektr xidmətlər təklif edərək öz töhfəsini verəcək.

Qeyd edək ki, "Bakı KOB evi” ölkəmizdə biznes subyektləri üçün operativlik, şəffaflıq və rahatlıq prinsiplərinə, müasir innovasiyalara əsaslanan "G2B” (dövlət-biznes) və "B2B” (biznes-biznes) xidmətlərinin göstərildiyi vahid məkandır.

Yeni filial – Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə fəaliyyət göstərəcək. "Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 31 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
 

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO