Bank Respublika-dan “Yaşıl Kredit” götürənlər 15%-dək keşbek qazanacaq!

Bank Respublika-dan “Yaşıl Kredit” götürənlər 15%-dək keşbek qazanacaq!
İQTİSADİYYAT
10:40 19.02.2025
843

Ölkəmizdə real sektorun inkişafına daim dəstək olan Bank Respublika, innovativ yanaşmalarını davam etdirərək ilk dəfə olaraq sahibkarlar üçün "Yaşıl Kredit” məhsulunu təqdim edir.

Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsi olan EU4Business-EBRD Kredit Xətti çərçivəsində təklif olunan bu yeni maliyyə aləti ekoloji cəhətdən davamlı layihələri dəstəkləmək və mikro, kiçik və orta bizneslərin enerji səmərəliliyini artırmaq üçün nəzərdə tutulmuşdur.

Kreditin maksimal müddəti – 5 il, maksimal məbləği – 3 milyon avro ekvivalentinə qədərdir (kreditlər manatla verilir).

"Yaşıl Kredit” sahibkarlara bir çox unikal üstünlüklər təklif edir:

·15%-dək keşbek: Avropa İttifaqının dəstəyi ilə kreditin əsas məbləğinin bir hissəsi geri qaytarılır. Bu, həm sahibkarlar üçün maliyyə yükünü azaldır, həm də investisiyanı daha sərfəli edir;

· Sadə və sürətli prosedur: Minimum sənəd tələbləri və sürətli icra ilə kreditlər qısa zamanda təsdiqlənir; 

·Enerji səmərəliliyi: Yeni texnologiyalar və avadanlıqlar sayəsində əməliyyat xərcləri əhəmiyyətli dərəcədə azalır;

·Ekoloji fayda: Daha təmiz texnologiyalara keçid ətraf mühitin mühafizəsinə töhfə verir.

 "Yaşıl Kredit”dən faydalanmaq istəyən sahibkarlar üçün tələblər:


· Şirkətin azı 51%-i özəl mülkiyyətdə olmalıdır;

· Sahibkarlar Azərbaycanda qeydiyyatdan keçmiş və qanunvericiliyə uyğun fəaliyyət göstərməlidir;

· Şirkət tərəfdaş maliyyə qurumlarının tələblərinə uyğun gəlməlidir;

· Müəssisənin işçi sayı 250 nəfərdən az olmalıdır.


"Yaşıl Kredit” bir çox fərqli sahələrdə tətbiq edilə bilər:


· Kənd təsərrüfatı: Heyvandarlıq, quşçuluq, bağçılıq, əkinçilik kimi ənənəvi sahələrdə müasir texnologiyaların tətbiqi;

· Qida istehsalı: Meyvə və tərəvəzin emalı və saxlanması, süd məhsulları, çay, qəhvə, pivə, şərab və çörək istehsalına yönəlmiş layihələr;

· Sənaye sektorları: Pambıq, parça, kauçuk, plastik, şüşə, mebel və digər sənaye məhsullarının istehsalı.

 

Yaşıl texnologiyalara investisiya edin və gələcəyə yaşıl bir miras qoyun!

Daha ətraflı məlumatı bankın rəsmi saytında,facebook, instagram,linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir