Bank Respublika regionlarda iştirakını möhkəmləndirir: Yeni filial Goranboyda

İQTİSADİYYAT
16:15 17.12.2024
269
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərin xidmət və məhsullarına əlçatanlığını təmin etmək məqsədilə Goranboy şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.
AZXEBER.COM xəbər verir ki, təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Regionlarda filial şəbəkəsininnin genişləndiirlməsinin "Bank Respublika"nın strateji məqsədlərindən biri olduğunu qeyd edən "Bank Respublika"nın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.

Açılışda iştirak edən rayon icra hakimiyyətinin nümayəndələri, ziyalılar və iş adamları ölkənin aparıcı 5 bankından biri olan "Bank Respublika"nın Goranboyda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Bununla, "Bank Respublika"nın ölkənin bütün regionlarını əhatə edən xidmət nöqtələrinin sayı 37-ə çatıb. Bankın yeni filialı - Goranboy şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərəcək.
 

Daha ətraflı məlumatı bankın rəsmi web saytında,facebook, instagram,linkedinsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər