"Bank Respublika" Şuşa şəhərində filial açacaq!

"Bank Respublika" Şuşa şəhərində filial açacaq!
SOSİAL
16:40 12.11.2020
464

Bu il sentyabrın 27-də Silahlı Qüvvələrimiz qətiyyətli əks-hücum əməliyyatlarına başlayaraq yeni bir tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz Vətən müharibəsini böyük zəfərlə bitirdi. Bu Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və möhkəm iradəsinin, eləcə də xalqımızın onun ətrafında dəmir yumruq kimi birləşməsinin nəticəsidir.

"Bank Respublika" ailəsi, möhtəşəm Qələbəni xalqımıza bəxş etdiyi üçün Ali Baş Komandana, böyük cəsarət və igidlik göstərən Ordumuzun bütün əsgər və zabit heyətinə, eləcə də həmrəy olan xalqımıza öz dərin minnətdarlığını bildirir! Şanlı qələbəmiz bütöv Azərbaycan iqtisadiyyatının daha böyük uğurlarının təməlini qoyacaq. Gözəl Şuşamız, Qarabağımız dirçələcək, bütün Azərbaycanımız daha da güclənəcək, çiçəklənəcək!

Ölkənin aparıcı banklarından biri kimi "Bank Respublika" ASC də azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini vermək məqsədilə Qarabağın incisi olan Şuşa şəhərində yeni filial açmaq haqqında qərar qəbul edib.

"Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib: "Hər bir Azərbaycanlı kimi, Bankımızın da bütün əməkdaşları qələbə xəbərini böyük sevinclə qarşılamışdır! Bizə bu qələbəni yaşatdığı üçün Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna Bankımız adından sonsuz təşəkkürlərimizi və dərin minnətdarlığımızı bildirir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş igid əsgərimizin qarşısında baş əyirik. Qeyd etmək istərdim ki, Bankımız Prezident İlham Əliyevin "Şuşa - səni dirçəldəcəyik” çağırışına qoşularaq Azərbaycanın dilbər güşəsi olan Şuşa şəhərində yeni filialın açılması ilə bağlı qərar qəbul edib. Hər bir Azərbaycanlı kimi biz də ölkəmizin yenidən inkişaf etməsində və çiçəklənməsində öz töhfəmizi verəcəyik".

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:45 11.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR