Bank Respublika və Azərbaycan Banklar Assosasiyası “Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqə elan edir

İQTİSADİYYAT
11:11 26.09.2019
2867
Bank Respublika və Azərbaycan Banklar Assosasiyası (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru” mövzusunda "Ən yaxşı məqalə” və "Ən yaxşı video çarx” olmaqla 2 nominasiya üzrə müsabiqə elan edir.

AZXEBER.COM xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir.

Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:

· Nağdsız cəmiyyətin formalaşmasının üstün cəhətləri;

· Nağdsız cəmiyyətin formalaşmasında əsas amillər hansılardır;

· Nağdsız ödənişlərin təşviqinə yönəlmiş kampaniyalar;

· Nağdsız ödənişlərin nağd ödənişlərə nisbətdə təhlükəsizliyi;

· Nağdsız ödənişlərin iqtisadi əhəmiyyəti

Müsabiqənin şərtləri haqda ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 25.10.2019-cu il tarixinədək öz işlərini [email protected] ünvanına göndərə bilərlər.

Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər 6-7 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək "Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR