Bank Respublika yenidən cəbhə bölgəsindəki məktəbliləri sevindirdi - FOTOLAR

İQTİSADİYYAT
15:30 02.09.2019
4801
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Yeni dərs ilini yuxarı sinif şagirdləri ilə yanaşı, məktəb həyatına ilk qədəmlərini qoyacaq birincilər də səbirsizliklə gözləyir.

AZXEBER.COM xəbər verir ki, ölkəmizdə sosial layihələrə böyük önəm verən Bank Respublika, ənənəyə sadiq qalaraq bu dəfə də cəbhə bölgəsində bu il birinci sinifə gedəcək məktəbliləri sevindirib. Bank, Fizuli rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Məktəbə hazıram!” adlı layihə həyata keçirib.

Layihə çərçivəsində bankın əməkdaşları düşmənlə təmas xəttində yerləşən Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən 3 məktəbə səfər edərək bu il birinci sinifə gedəcək uşaqlarla görüşüb. Görüşlərdə uşaqlar şeir söyləyib, mahnı oxuyaraq məktəbə hazır olduqlarını bildiriblər. Şən keçən görüşün sonunda Bankın əməkdaşları 100-ə yaxın birinci sinif şagirdlərinə dərs ləvazımatları ilə dolu məktəbli çantası hədiyyə etdi, onlara yeni tədris ilində uğurlar, yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu etdilər.

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
11:52 26.02.2025
13 illik həyat yoldaşından boşanan müğənni Farahla sevgilidir
11:43 26.02.2025
Suriya xalqı İsrailin hücumlarını qınamaq üçün küçələrə çıxdı
11:42 26.02.2025
16 nəfərin ölümünə səbəb olan etil spirti məsələsi ARAŞDIRILIR
11:37 26.02.2025
Göygöldə hamilə qadın və körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
11:32 26.02.2025
"Vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz"
11:30 26.02.2025
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib - FOTOLAR
11:18 26.02.2025
"Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq"
11:14 26.02.2025
Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"
10:42 26.02.2025
Bakıya yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
10:41 26.02.2025
Nazlı Sabancı soyadını sildi - Boşanırlar
10:35 26.02.2025
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
10:20 26.02.2025
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
10:16 26.02.2025
Türkiyə XİN: Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq
10:13 26.02.2025
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi
09:58 26.02.2025
Zığda evdə yanğın olub - Ölən var
09:50 26.02.2025
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirildi