"Bank Respublika"dan 2024-cü ilin nəzərəçarpan göstəriciləri - YENİ REKORD

"Bank Respublika"dan 2024-cü ilin nəzərəçarpan göstəriciləri - YENİ REKORD
İQTİSADİYYAT
10:47 16.01.2025
611

Bank Respublika 2024-cü ili onun dayanıqlılığını və etibarlılığını təsdiqləyən möhtəşəm maliyyə nəticələri ilə başa vurub.

Hesabata əsasən, Bank, Azərbaycanda bank xidmətləri bazarındakı lider mövqelərini daha da gücləndirib və ötən illə müqayisədə bütün maliyyə göstəriciləri üzrə dinamik inkişaf nümayiş etdirib:

* Bankın aktivləri artaraq 2,18 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

* Bankın məcmu kapitalı 34% artaraq 222,23 milyon manat təşkil edib, bu isə tənzimləyici normadan 4 dəfə çoxdur.

* Bankın kredit portfeli 25% artaraq 1,47 milyard manat təşkil edib.

* Bankın xalis faiz gəliri 29% artaraq 150,54 milyon manat olub.

* Bankın xalis əməliyyat mənfəəti31%-dən çox artaraq 68,66 milyon manat olub.

* Bankın xalis mənfəəti 26% artaraq 50,57 milyon manat təşkil edib.

2024-cü ildə Bank Respublika, həm bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etdirmişdir. Bank, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB Global), Niderland İnkişaf Bankı (FMO) və Cənub-Şərqi Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.

Ötən il rəqəmsal texnologiyaların inkişafı sahəsində də mühüm bir il olmuşdur. Rəqəmsal həllərin uğurlu tətbiqi və bank xidmətləri çeşidinin genişləndirilməsi, "Bank Respublika”ya müştərilərin etimadını gücləndirmək və yeni tərəfdaşlar cəlb etmək imkanı yaratmışdır. Bank, həmçinin, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində bir sıra sosial və ekoloji təşəbbüslərdə fəal iştirak etmişdir.

"2024-cü il bizim üçün yeni çağırışlar və böyük uğurlar ili oldu. Bu nailiyyətlər, ölkəmizin bütün sahələrdə dayanıqlı inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şərait sayəsində əldə edilib.Bankın bütün əməkdaşlarına peşəkarlıqlarına və loyallıqlarına görə, eləcə də müştərilərimizə və tərəfdaşlarımıza göstərdikləri etimad və dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminik ki, 2025-ci il bizim üçün yeni perspektivlər və inkişaf imkanları açacaq. Bank Respublika, yeni innovativ həllərin tətbiqi və müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi üzərində aktiv işləməyə davam edərək maliyyə sektorunun liderlərindən biri kimi öz mövqeyini gücləndirəcək.” deyə "Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegramsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib