Bank Respublikadan lombard krediti götürən müştərilər avtomobil və qızıl külçə qazandı!

Bank Respublikadan lombard krediti götürən müştərilər avtomobil və qızıl külçə qazandı!
İQTİSADİYYAT
16:49 12.01.2026
371
Hamının səbirsizliklə gözlədiyi o an gəldi. 10 yanvar 2026-cı tarixində Bank Republika-nın Baş ofisində 5 nəfərdən ibarət müstəqil komissiya üzvünün iştirakı ilə təsadüfi seçim əsasında "Qızıl Seçim"  lombard lotereyasının ilk tirajının qalibləri  müəyyən olundu. 

AZXEBER.COM xəbər verir ki, ilk tiraj çərçivəsində 01 oktyabr – 31 dekabr 2025-ci il tarixlərində Bank Respublikada lombard krediti rəsmiləşdirmiş 10 000-dən çox müştəri və onlara məxsus 110 000-ə yaxın lotereya şansı qeydə alınıb. Qeyd edək ki, hər 500 AZN məbləğində lombard krediti müştərilərə 1 iştirak şansı qazandırıb. 


"Qızıl Seçim"  lombard lotereyasının 1-ci tirajının 20 qalibinin siyahısını təqdim edirik:

Loteryanın qaliblərinə mükafatlar növbəti günlər ərzində təqdim ediləcək və ictimaiyyətə ayrıca məlumat veriləcək.

Qeyd edək ki, avtomobil BYD şirkətinin Azərbaycandakı rəsmi dileri "Group Motors” tərəfindən təqdim olunur. "Qızıl Seçim” lotereyasının 2-ci tirajına da artıq start verilib və 01 may 2026-cı il tarixinədək davam edəcək. Lotereya haqda ətraflı məlumatı Bankın rəsmi səhifəsindən əldə edə bilərsiniz.

 

 Daha ətraflı məlumat üçün:
  Veb sayt: www.bankrespublika.az
  Sosial şəbəkələr:   Facebook | Instagram |  LinkedIn  | Telegram
  Çağrı Mərkəzi: 144 

 


OXŞAR XƏBƏRLƏR