“Bank Respublika”dan özünüməşğulluq proqramına dəstək davam edir! - FOTOLAR

İQTİSADİYYAT
11:28 06.07.2020
500
Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü proqramların hər zaman təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində fəaliyyətinə dəstəyi davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bu dəfə Bank tərəfindən Abşeron, Gəncə, Quba, Lənkəran, Masallı rayonlarında və Bakı şəhərində sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə kiçik biznesin qurulması üçün əvəzsiz olaraq material, avadanlıq və digər aktivlər təqdim edilib.

Bununla da Abşeronda kiçik poliqrafiya mərkəzi, Gəncə və Masallıda heyvandarlıq təsərrüfatı, Lənkəranda dizayner studiyası, Qubada arıçılıq təsərrüfatı, Bakı şəhərində broyler təsərrüfatı və kiçik restoranın yaradılması mümkün olub.

Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Bankdan verilən məlumata əsasən, Özünüməşğulluq Proqramı çərçivəsində tədbirlər  ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:59 13.08.2020

Birinci vitse-spiker: “Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi” - MÜSAHİBƏ

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

16:16 13.08.2020

Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlandı

16:11 13.08.2020

Türkiyənin Müdafiə Naziri: “Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır”

16:09 13.08.2020

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

16:00 13.08.2020

Los-Anceles polisi konsulluq qarşısında azərbaycanlılara hücum edən erməniləri axtarışa verdi

15:41 13.08.2020

Atasına yas mərasimi keçirən oğul cərimələndi - Foto

X Mostbet