Bank Respublikanın dəstəyi ilə forum keçirildi - FOTOLAR

Bank Respublikanın dəstəyi ilə forum keçirildi - FOTOLAR
İQTİSADİYYAT
15:49 30.11.2018
4928
Ötən gün respublikamızda təhsilin inkişafına xüsusi önəm verən "Bank Respublika”nın maliyyə dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) "Yüksək Texnologiyalar Parkı” tərəfdaşlığı ilə UNEC-də "Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar” mövzusunda forum keçirilib.

Forumun keçirilməsində əsas məqsəd inkişaf etmiş ölkələrdə uğurla həyata keçirilən Universitet-Dövlət-Sənaye (U-D-S) üçbucağının effektiv işləməsində fundamental əsaslar olan institusional amillər, təhsil, innovasiya ekosistemi, İKT və biznes sahəsinin rolunun və bununla bağlı görülə biləcək işlər haqda fikir mübadiləsi aparmaq olub.

"Bank Respublika”nın dəstəyi ilə təşkil olunan forumda UNEC rektoru, professor Ədalət Muradov açılış nitqi ilə çıxış edərək, bilik əsaslı iqtisadiyyata keçidin əhəmiyyətini qeyd edib. Universitet-Dövlət-Sənaye birliyinin faydalarına diqqət çəkən Ə.Muradov deyib ki, təhsilin keyfiyyətinin artırılması sırf real sektorla əməkdaşlıqdan keçir.

"Yüksək Texnologiyalar Parkı”nın direktoru Tural Kərimli MMC-nin biliklərə əsaslanan iqtisadiyyatın qurulması, innovasiyalı iqtisadiyyatın inkişafı, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi və s. kimi vəzifələr daşıdığını diqqətə çatdırıb. Direktor ölkəmizin enerji ixrac edən ölkədən texnologiya ixrac edən ölkəyə çevrilməsinin əsas hədəf olduğunu bildirib.

"Bank Respublika” ASC-nin baş direktoru Elşad Vəliyev də çıxışında Universitet-Dövlət-Sənaye əməkdaşlığının aktuallığından və mümkün inkişaf perspektivlərindən bəhs edib. Qeyd edilib ki, "U-D-S” platformasının məqsədi innovativ inkişafa zəmin hazırlayan əsas tərəfləri – akademik mühit, dövlət və iş dünyasını – müştərək hədəflər istiqamətində, mütəmadi şəkildə bir araya gətirərək sinerji dəyəri formalaşdırmaqdır.

Daha sonra forum işə başlayıb və bilik iqtisadiyyatı indeksinin kriteriləri, bilik iqtisadiyyatı çərçivəsində "U-D-S” modelinin tətbiqi mexanizmi, Milli İnnovasiya Sisteminin (MİS) bilik iqtisadiyyatındakı mövqeyi, İKT-nin inkişaf mərhələləri və bilik iqtisadiyyatına keçid və s. kimi mövzularda fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək