Keçmiş futbolçunun cəsədi tapılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 1970-ci illərdə İsveçrə Superliqasında "Young Boys "da çıxış edən isveçrəli futbolçu Marko Müller futbol karyerasını yarımçıq qoyub, bank soyğunçuluğu ilə məşğul olmağa başlayıb.
O, bu oğurluqlardan təxminən 2,5 milyon avro qazanıb.
Daha sonra bankı soyduğu üçün həbs olunan Müller həbsxanadan qaçdıqdan sonra bir daha ondan xəbər alınmayıb.
1988-ci ildən bəri xəbər alınmayan cinayətkar futbolçunun cəsədi bir ay əvvəl doğma şəhəri Bassecourt yaxınlığındakı dəmir yolu xəttinin yanında tapılıb.
DNT testlərinin nəticələri yenicə açıqlanıb və cəsədin Marko Müllerə məxsus olduğu təsdiqlənib.
Müllerin Fransada gizləndiyi güman edilirdi.
Gülay