“Bank Technique”nin rəhbəri saxlanıldı

İQTİSADİYYAT
19:44 25.05.2015
3756

“Bank Technique” Müşahidə Şurasının sədri Rövşən İsmayılov saxlanılıb.

Bu barədə virtualaz.org saytınahüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.

Məlumata görə, Rövşən İsmayılov ötən həftənin cümə günü - mayın 22-də saxlanılıb. O, hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotel”) təcridxanasında saxlanılır.

Bankir xüsusilə böyük məbləğdə pul yumaqda ittiham olunur.

Rövşən İsmayılov “Bank Technique”dən əvvəl Azərbaycan Beynəlxalq Bankında işləyib, İdarə Heyəti sədrinin müavini postunu tutub. 2012-ci ildə isə “Bank Technique” Müşahidə Şurasının sədri təyin olunub.

OXŞAR XƏBƏRLƏR