Bank xəbəriniz olmadan maşınınızı sata bilər? - MÜSAHİBƏ

Bank xəbəriniz olmadan maşınınızı sata bilər? - MÜSAHİBƏ
SOSİAL
13:52 30.01.2026
602
üquq sistemi ilk baxışdan çox mürəkkəb və anlaşılmaz görünsə də, əslində gündəlik həyatımızın hər anında bizimlədir. Təcrübəli hüquqşünasla apardığımız bu söhbətdə hamımızın qarşılaşa biləcəyi problemlərin ən sadə və qanuni həll yollarını araşdırmışıq. Ekspert həm öz hüquqlarımızı necə qorumalı olduğumuzu izah edib, həm də çoxlarının səhv bildiyi məqamlara aydınlıq gətirib.

Tanınmış vəkil, hüquqşünas Misirə Xəlilzadə ilə müsahibəni təqdim edirik:

Vətəndaşların banklara olan borcları fonunda ən çox qorxduqları məqam girov qoyulan əmlakın itirilməsi riskidir. Hüquqşünasla apardığımız söhbət zamanı bankın borca görə evi və ya maşını dərhal müsadirə etmək səlahiyyətinin olmadığı məlum olub.

Ekspert bildirib ki, belə bir addım yalnız məhkəmənin yekun qərarı və icra məmurlarının iştirakı ilə, qanunla müəyyən edilmiş uzunmüddətli prosedurlar çərçivəsində mümkündür.

- Borca görə ev və ya maşın bank tərəfindən dərhal alına bilərmi?

- Dərhal xeyr, alına bilməz. Belə tədbirlər yalnız məhkəmə qərarı əsasında və qanunvericiliyə, eləcə də icra qurumunun prosedurlarına uyğun olaraq həyata keçirilə bilər. 

- Yeganə yaşayış evi müsadirə oluna bilərmi? 

- Əgər vətəndaşın mənzili bankın xeyrinə ipoteka müqaviləsi əsasında girov qoyulubsa, borc öhdəliyinin yerinə yetirilməməsi halında icra prosedurları çərçivəsində yalnız qanunla müəyyən edilmiş qaydada və məhkəmə qərarı əsasında həmin ipoteka ilə yüklü yaşayış evinə yönəldilmiş tədbirlər həyata keçirilə bilər.

- Girov qoyulmuş əmlak hansı mərhələdə satışa çıxarıla bilər?

- Borcun ödənilməməsi halında, kreditor borcun girov təminatına yönəldilməsi üçün müvafiq məhkəməyə müraciət edir. Girov qoyulmuş əmlak yalnız məhkəmənin qərarından sonra və icra prosedurları çərçivəsində satışa çıxarılır.

- Girovun dəyəri borcdan artıqdırsa, artıq məbləğ kimə qalır?

- Satışdan əldə olunan məbləğ əvvəlcə borcun ödənməsinə, qalan hissəsi isə girov sahibinə qaytarılır.

- Bank borcalanın xəbəri olmadan girovu sata bilərmi?

- Xeyr, bank borcalanın xəbəri olmadan girov qoyulmuş əmlakı sata bilməz. Girovun satışı yalnız qanunla müəyyən edilmiş prosedura uyğun, müvafiq məhkəmə qərarı əsasında mümkündür.

- Borcalan məhkəmədə özünü necə qoruya bilər?

- Borcalan borcun mövcud olmadığını, artıq ödənildiyini və ya faizlərin qanunsuz hesablandığını sübut edən sənəd, müqavilə və digər dəlilləri məhkəməyə təqdim etmək hüququna malikdir. Borc məbləği ilə razılaşmadığı hallarda, borclu ekspertiza təyin edilməsi və digər qanuni vəsatətlərin təmin olunması üçün məhkəməyə müraciət edə bilər.

Yəni, bankın sizi evdən çıxarmaqla və ya maşınınızı əlinizdən almaqla hədələməsi qanuni deyil. Sizin məhkəmədə vaxt qazanmaq, borca etiraz etmək və əmlakınızı qorumaq üçün kifayət qədər hüquqi mexanizmləriniz var. Heç bir əmlak məhkəmə qərarı olmadan və sizin xəbəriniz yoxkən satıla bilməz.
 
///Demokrat.az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO