Banka məxsus maşın oğurlandı

Banka məxsus maşın oğurlandı
SOSİAL
15:20 07.11.2018
3627
Noyabrın 6-da Quba Rayonunda banklardan birinə məxsus "Lada Priora” markalı nəqliyyat vasitəsi qaçırılıb.

AZXEBER.COM-un DİN-ə istinadən verdiyi xəbərə görə, avtomobili saxta dövlət qeydiyyat nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən edilib. B.Bağırov qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tərəfindən B.Bağırovun başqa cinayət hadisələrində iştirakı məsələsi araşdırılır.

OXŞAR XƏBƏRLƏR