"Bankdan pul götürüb təqdimat etmişəm" - Əməkdar artist

MAQAZİN
12:25 28.10.2024
170
"Kasıb adam idim. Bankdan pul götürüb təqdimatlar edirdim".
 
AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist Elnarə Abdullayeva ATV-də "Rəngarəng" verilişində deyib.
 
Sənət yolunda yaşadığı çətinlikləri dilə gətirən xanəndə bəzi etiraflar edib:
 
"Nəsə etmək istəyirdim amma kasıb adam idim, pul lazım olurdu. Gedib bankdan pul götürüb layihələrimə təqdimatlar edirdim. Ayın axırı gələndə də getdiyim toylardan o pulu toplayıb banka ödəyirdim. Sonra bank gördü ki, mən yaxşı müştəriyəm,  pulu mənə 40 günlük verirdi. Amma ayın sonu ödəmək şərtilə. Belə-belə işləyib ödəyirdim. Çəkdiyim bu əziyyətdən zövq almışam. ".
 
Aysel

OXŞAR XƏBƏRLƏR