Azərbaycandakı əksər banklarda dolların alışını dayandırılıb. “Dəmirbank” və “Bank of Baku”-dan verilən məlumata görə, proses bu gün səhər saatlarından başlanılıb. Səbəb kimi isə banklarda manatın olmaması göstərilir. Bank işçilərinin verdiyi məlumata görə, əsas səbəb isə bankaların risk etmək istəməməsidir: “Məzənnənin necə dəyişəcəyi hələ də sual altında olduğu üçün banklar riskə getmək istəmir. Mərkəzi Bankın bu gün yaydığı məlumatda da deyilir ki, manatın dollar nisbətdə müəyyən olunmuş məzənnəsi bu günün sonunadək qüvvədə olacaq. Lakin sabah nə olacağı bilinmir. Ona görə də, banklar bu yola əl atıblar”. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.
Aznews.az