Banklarda dollar - FIRILDAĞI

Banklarda dollar - FIRILDAĞI
İQTİSADİYYAT
15:22 29.06.2016
4476
Son bir həftədir ölkədə yenidən dollar ajiotajı yaşanmaqdadır. Bəzi banklar dolların manata nisbətən məzənnəsini Mərkəzi Bankın təyin etdiyi rəsmi məzənnədən xeyli yüksək satırlar. Belə ki, Mərkəzi Bank ABŞ dollarının rəsmi məzənnəsini 1,5363 manat təyin etdiyi halda, banklarda dollar satışı 1,65 manatdan icra edilir.
Açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bazarda yaranan vəziyyəti izah edib: "May ayının ortasından başlayaraq bankların özlərinin dollar alışı artıb. İyunda isə dollara tələbat 10 dəfəyə qədər çox olub".
Son zamanlar Mərkəzi Bankın dolları hər gün 0,3 qəpik bahalaşdırdığını deyən iqtisadçı bildirir ki, bu ajiotajı bir qədər də çoxaldıb: "Bankların dollara tələbatı yüksəkdir. Belə halda banklar dolları ucuz satmaq istəmirlər. O ki qaldı şənbə-bazar günlərinin məzənnəsinə, həmin gün valyuta hərracı keçirilmədiyindən banklar dolları qaldırmaq məcburiyyətində qaldılar".
S.Əliyen deyir ki, banklar dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 4 faiz baha sata bilərlər: "Tələbat artdığı və dollar ehtiyatı az olduğu üçün banklar satışı dayandırdılar. Bu da mətbuatda "banklar dollar satışını dayandırır" kimi xəbərlərin yayılmasına gətirib çıxardı".
Dollara olan tələbatın artmasına gəlincə, ekspert bunun üç səbəbini irəli sürür: "Birinci səbəb bankların xarici öhdəliklərini yerinə yetirməsidir. Banklar var ki, böyük həcmdə xarici borcu var. Xarici borcların ödənməsi səbəbindən valyuta hərraclarında dollara tələbat artıb. İkinci səbəb mövsümlə bağlıdır. İnsanlar dincəlmək üçün xarici ölkələrə gedirlər. Bu da dollara tələbatı artırır. Üçüncü səbəb "Brexit"dir. Bu hadisə bazara psixoloji təsir göstərib. Qeyd etdiyim 3 səbəbdən başqa digər səbəblər də var. Bu səbəblər dövrüdür. İdxalın özü də tələbatı artırıb".
Bu arada qeyd edək bir sıra banklar pul köçürmələri zamanı əməliyyatı dollarla deyil, manatla apararaq və konvertasiyanı özü həyata 
keçirir. İqtisadçı deyir ki, banklar bunu Azərbaycanda ödəniş vasitəsinin manat olduğunu əsas götürərək edirlər: "Lakin ödəniş vasitəsi manatdırsa, dollar kreditlərinin ödənişində də bu tətbiq edilməlidir. Edilmirsə, pul köçürmələrində də dollar qəbul edilməlidir. Banklar sui-istifadə hallarına yol verirlər. Vətəndaş dollarla pul köçürmək istəyirsə, bank bunu həyata keçirməlidir".
///publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir