"Bankların bağlanması davam edəcək" - Ekspertdən təhlükəli xəbərdarlıq

"Bankların bağlanması davam edəcək" - Ekspertdən təhlükəli xəbərdarlıq
TOP4
20:29 30.09.2016
4114
Tanınmış iqtisadçı Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə "Bank Standart”ın lisenziyası nın ləğv edilməsinə münasibət bildirib.
 
AZXEBER.COM xəbər verir ki, iqtisadçının sözlərinə görə, nəhayət ki ölü banka süni nəfəs verməyin mənasızlığını qəbul edib Bank Standardı bağladılar6 "Bu bankı son illər bağlanan ən böyük bank saymaq olar. Depozitlərin həcminə görə ikinci ən böyük bank olub, vaxtilə ilk beşliyə düşüb. Əlbəttə 460 milyon manat vəsaitin qaytarılması valyuta bazarına təsirsiz ötüşməyəcək.
 
Həmin vəsaitlər hər bir halda dollara çevrilərək ya banklara və yastıq altına yönələcək. Bu da dollara tələbatı artıracaq. Söhbət təxminən 280 milyon dollardan gedir. Bank Standard bağlanacaq sonuncu bank deyil. Bu bankı devalvasiyasadan sonra bağlanan 13-cü bank da saymaq olar. Ümumiyyətlə, götürdükdə banklarımızın 29%-i devalvasiyanın "qurbanı" olub.
 
Proses davam edəcək. Hazırda bazarda 32 bank qalıb. Onların sayının 30-dan aşağı düşməsi gözlənilir. Həmin rəqəmin 25-də yoxsa 20-də dayanacağını zaman göstərəcək. Hər bir halda bəzi banklar Palatadan "qara kağız" almalı olacaqlar".
OXŞAR XƏBƏRLƏR